Cəmil Həsənli: “Bu, böyük rüsvayçılıqdır”

img1501417[1]Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli “Musavat.com”a seçki saxtakarlıqları barədə danışıb.

O, ölkədə davam etməkdə olan total şəkildə qanunsuzluq və saxtakarlıqların artıq təəccüblü olmadığını vurğulayıb və baş verənləri bu şəkildə dəyərləndirib: “Seçkinin artıq yekun nəticələri bir gün əvvəl elan olunubsa, hansı dəyərləndirmədən söhbət gedə bilər? Fakt göz qabağındadır. Mərkəzi Seçki Komissiyası bir gün əvvəldən nəzərdə tutduğu rəqəmləri müəyyənləşdirib və ehtiyatsızlıq ucbatından bu, mətbuata sızıb. Bu, çox böyük rüsvayçılıqdır. Bu, Azərbaycan Konstitusiyasının 6-cı maddəsinə əsasən, hakimiyyətin mənimsənilməsi prosesidir və həmin maddədə göstərilir ki, hakimiyyətin mənimsənilməsi Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətdir”.
C.Həsənli bildirib ki, oktyabrın 10-da o və seçki qərargahının təmsilçiləri mətbuat konfransı keçirəcəklər: “Seçkiyə ilkin rəyimiz açıqlanacaq. Tezliklə isə birinci bəyanatımı yayacağam. Sadəcə olaraq total şəkildə, qeyri-qanuni yolla hakimiyyətin ələ keçirilməsi prosesidir”.

Bir şərh yazın