Cəmil Həsənlinin Seçki Qərargahı: “Milli Şura elan olunacaq nəticələri etimad göstərə bilməz”

img1501505[1]Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin Seçki Qərargahı ilk bəyanatını yayıb. Musavat.com-a daxil olan bəyanatda deyilir: “9 oktyabr 2013-cü il seçkilərinin başladığı andan bütün ölkə ərazisində seçki məntəqələrindən səsvermənin nəticələrinə ciddi təsir edəcək qanun pozuntuları və saxtalaşdırma halları barədə məlumatlar almaqdayıq. Qanun pozuntuları barədə xəbərlər təkcə Cəmil Həsənlini təmsil edən müşahidəçilərdən, məşvərətçi səs hüquqlu seçki komissiyası üzvlərindən, onun vəkillərindən və səlahiyyətli nümayəndələrindən deyil, səs verən tərəfsiz seçicilərdən və tərəfsiz müşahidəçilərdən də daxil olur, eyni zamanda, mediada bu haqda əsaslı məlumatlar, foto və videogörüntülər yayılır”. Oxumağa davam et

Cəmil Həsənli beynəlxalq müşahidəçilərin suallarını cavablandırdı

img1501234[5]Milli Şuranın namizədinin seçki qərargahı seçki gününə tam hazırdı; MŞ hakimiyyətin seçki saxtakarlığına start verdiyini açıqladı

“Biz seçki gününə tam hazırıq. Respublikanın hər yerində Cəmil Həsənlinin seçki qərargahının adından təyin olunmuş komissiya üzvləri və eyni zamanda həm Mərkəzi Seçki Komissiyası (MSK), həm də dairə seçki komissiyası tərəfindən təsdiqlənmiş müşahidəçilər seçki günü məntəqələrdə olacaqlar”. Bunu “Yeni Müsavat”a açıqlamasında Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizdi Cəmil Həsənlinin Seçki Qərargahının həmsədri Arif Hacılı söylədi. Oxumağa davam et

“Cəmil Həsənlini öz kəndində uduzdurmaq istəyirlər​”

img1501337[1]Cəmil Həsənlinin doğma Alar kəndinin seçki məntəqələrində passivlik yaranıb. Təqribən saat 13-00-dan 15:00-dək olan vaxt ərzində səsverməyə tək-tük adamlar gəlib. Bu barədə Alar kəndinə ezam olunmuş reportyorumuz Emil Salamoğlu xəbər verib.
Kəndlilər onunla söhbətdə qeyd etdilər ki, Alarda hər kəs C.Həsənliyə səs verəcək: “Amma hakimiyyət Cəmil Həsənlini öz kəndində uduzdurmaq istəyir. Bunun üçün də hər cür saxtakarlığa gedirlər. Biz var gücümüzlə çalışırıq, nəzarət edirik ki, karusel olmasın, bülletenlər atılmasın. Bununla belə yenə bildiklərini edirlər. Nə mümkündür bütün saxtakarlığı edirlər”. Oxumağa davam et

Saxtakarlıq olmasa Cəmil həsənli qalıb olacaq

bbc“BBC”news verdiyi xəərə istinadən ,Azərbaycanda keçirilən prezident seçkilərindən iştirakçıların əksəriyyəti İlham əliyevin muxaliflri dir.
Milli şuranın sədri Cəmil həsənlinin tərfdaralrı ciddi şəkildə seçki məntəqələrinə hazir olub səs veriblər.
Amma əqər saxtakarlıq baş verməsə Cəmil həsənlinin qələbəsi ihtimalı yüksək dərəcədə dir. Oxumağa davam et

Cəmil Həsənli beynəlxalq sorğularda qalib gəldi FOTO

img1499415[1]

Azərbaycandakı prezident seçkisilə bağlı beynəlxalq rəy sorğuları açıqlanıb. Facebook-da yayılan məlumjatlarda göstərilir ki, “GALLUP World” beynəlxalq statistik təşkilatı seçkiyə qatılan 10 namizədi səsverməyə buraxıb.
Səsvermənin nəticəsində Milli Şuranın namizədi Cəmil Həsəınli birinci yeri tutub. Ondan sonra İlham Əliyev gəlir. Sonrakı yerləri ardıcıllıqla Araz Əlizadə, İqbal Ağazadə və Sərdar Məmmədov tutub. Oxumağa davam et

Cəmil Həsənli: “Bu, böyük rüsvayçılıqdır”

img1501417[1]Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli “Musavat.com”a seçki saxtakarlıqları barədə danışıb.

O, ölkədə davam etməkdə olan total şəkildə qanunsuzluq və saxtakarlıqların artıq təəccüblü olmadığını vurğulayıb və baş verənləri bu şəkildə dəyərləndirib: “Seçkinin artıq yekun nəticələri bir gün əvvəl elan olunubsa, hansı dəyərləndirmədən söhbət gedə bilər? Fakt göz qabağındadır. Mərkəzi Seçki Komissiyası bir gün əvvəldən nəzərdə tutduğu rəqəmləri müəyyənləşdirib və ehtiyatsızlıq ucbatından bu, mətbuata sızıb. Bu, çox böyük rüsvayçılıqdır. Bu, Azərbaycan Konstitusiyasının 6-cı maddəsinə əsasən, hakimiyyətin mənimsənilməsi prosesidir və həmin maddədə göstərilir ki, hakimiyyətin mənimsənilməsi Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətdir”. Oxumağa davam et

təcili xəbər– Beyləqanda müşahidəçi döyüldü (FOTO)

img1501389[1]Oktyabrın 9-da 81 saylı Beyləqan Seçki Dairəsinin 8 saylı məntəqəsində AXCP rayon şöbəsinin sədri Füzuli Qəhrəmanlı döyülüb. Bu haqda “Azadlıq” radiosuna Füzuli Qəhrəmanlı özü məlumat verib: “Mən Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi kimi məntəqədə mütəmadi qanun pozuntularını müşahidə edirdim. Komissiya sədri və katibi ilə bununla bağlı mübahisəm oldu. Məni təhqir elədilər. Qapıdan çıxanda isə arxadan burnuma zərbə endirildi. Çevrilmək istəyəndə ikinci zərbə vuruldu. Bundan sonra nə baş verdiyini xatırlamıram, qan içindəydim, gözüm tutulmuşdu”. Oxumağa davam et

Kanadadan Cəmil Həsənliyə dəstək bəyanatı

0wer8qwer8errr[1]Kanadada yaşayan bir qrup azərbaycanlı seçkilərdə Milli Şuranın namizədi Cəmil Həsənlini dəstəklədikləri haqda bəyanat imzalayıb. “Azadlıq”ın elektron poçtuna göndərilən bəyanatda deyilir:

Biz, Kanadada yaşayan azərbaycanlılar icmasının fəal nümayəndələri olaraq, seçki prosesi ətrafında baş verənləri narahatlıq və ümidlə izləyirik. Narahatığımız ondan irəli gəlir ki, hakimiyyət öz nəzarətində olan inzibati resurslardan istifadə edərək ölkə daxilində vətəndaşların sərbəst toplaşmasının, azad seçim etməsinin, kütləvi informasiya vasitələrinin seçki prosesini şəffaf və bərabər şəkildə işıqlandırmasının qarşısını alır. Həmçinin, hakimiyyətin apardığı siyasət, xüsusilə azad fikrə qarşı göstərilən təzyiqlər, 9 oktyabr və sonrasında baş verə biləcək hüquq pozuntularının və demokratik düşərgəyə qarşı yeni hücumların xəbərçisidir. Oxumağa davam et

Cəmil Həsənlinin seçki təşviqatına yekun vuruldu

img1500780[1]“Ölkədəki vəziyyətin, siyasi durumun bu qədər fəlakətli olduğunu bilmirdim”; Cəmil Həsənli: “Hakimiyyət nəinki demokratik seçki mühitinin formalaşdırılmasını, ümumiyyətlə, seçkinin keçirilməsini istəmir”

Oktyabrın 7-də Müsavat Partiyasının qərargahında Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənlinin seçki təşviqatının yekunu ilə bağlı mətbuat konfransı keçirildi. Milli Şuranın Mətbuat Mərkəzinin rəhbəri Oqtay Gülalıyev Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurasının vahid namizədi Cəmil Həsənlinin Seçki Qərargahının 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkiləri üzrə seçkiqabağı siyasi durum və təşviqat kampaniyasının nəticələri haqqında hesabatı səsləndirdi. O bildirdi ki, C. Həsənlinin Seçki Qərargahı 9 oktyabr 2013-cü ildə prezident seçkilərinin səsvermə gününədək olan mərhələsinin, həmçinin seçkiqabağı təşviqat kampaniyasının qeyri-demokratik şəraitdə və ədalətli olmayan hüquqi baza əsasında ciddi qanun pozuntuları və inzibati resurslardan kütləvi sui-istifadə halları ilə keçirilib. Oxumağa davam et